Napoleon qəlyanaltısı resepti

Napoleon qəlyanaltısı resepti
Yeməklər
10.09.2017 36
Tərkibi:

Qat-qat xəmirdən hazırlanmış 6-7 ədəd yuxa

2 ədəd kök

3 ədəd yumurta

250 konservləşdirilmiş balıq

150 qr kəsmikli yağlı pendir

1-2 diş sarımsaq

Mayonez və xama

İstənilən ərzaqları zövqünüzə uyğun seçə bilərsiniz.



Hazırlanması:

Qat-qat xəmirdən istədiyiniz ölçüdə yuxa bişirilir. Konservləşdirilmiş balıq çəngəllə əzilir.

Hazır yuxaya mayonez xama qarışığı çəkilərək üzərinə balığın yarısı hərtərəfli səpilir.

İkinci qata mayonez və xama qarışığı çəkilir,  bişmiş kök və sarımsaq qarışığı səpilir.

Üçünçü qata əvvəlki qayda ilə edilib qaynadılmış yumurta sürtkəcdən keçirib səpilir.

Dördüncü qata  kəsmikli yağlı pendir çəkilir.

Beşinci qata yerdə qalan konservləşdirilmiş balıq səpilib, sonuncu yuxa ovularaq  üzərinə hərtərəfli səpilir.

Hazır olduqda üzərinə sellefon çəkərək hərtərəfli basın ki, bir-birinə preslənsin və ya üzərinə ağırlıq qoymaq olar.

3-4 saat ( gecədən hazırlayıb ) sərin yerdə saxlayıb süfrəyə verə bilərsiniz .

Napoleon qəlyanaltımız hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!