Şotlandsayağı yumurta kotleti resepti

Şotlandsayağı yumurta kotleti resepti
Yeməklər
10.09.2017 33
Tərkibi:

4 ədəd yumurta

250 q toyuq qiyməsi

1 x.q ədviyyatlı çili (acı bibər)

3 budaq şüyüd

150 q suxari

3 x.q un



Hazırlanması:

Öncə yumurtaların 3-nü qaynadırıq. 1 ədəd qalan yumurta bizə çiy halda lazım olacaq. Belə qabda qaynatsanız, daha dadlı olacaq.

İri qabda toyuq qiyməsini, şüyüdü və ədviyyatı qarışdırın.

Zövqə görə duz və qara istiot da istifadə edə bilərsiniz.

İndi isə üç ədəd qab götürürük. Birinə un, ikincinə suxari, üçüncünə isə yaxşı çalınmış yumurta tökürük.

İndi isə əlinizə qiymədən biraz götürün. Əliniz yaş olsa, daha rahat olar və qiyməni yastılayın.

Qaynadılmış yumurtanı əlinizdəki dairəvi qiymənin mərkəzinə qoyub ehtiyatla yaxşıca yumrulayın (kotlet kimi).

İndi isə kotletimizi ilk növbədə suxari+ yumurta+suxari+yumurta, sonda yenə suxariyə batırırıq.

Orta atəşdə tavada yağı qızdırıb kotletləri qızılı rəng alanadək qızardın

Qızardılmış kotletləri kağız dəsmalın üzərinə qoyun ki, yağını süzsün. Əgər yaxşı qızarmasına əmin olmasanız, əlavə 5 dəqiqə də sobaya qoya bilərsiniz.

Çox dadlı şotland yumurtaları alınacaq.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!