Lənkəranın balıq sırdağı resepti

Lənkəranın balıq sırdağı resepti
Yeməklər
10.09.2017 31
Tərkibi:

1  sazan(cənubda  çəki  balığı  adlanır) ,

3 dəstə  cəfəri,  

1 dəstə sarımsaq,

2 pomidor,  

4 kartof,  

Qurudulmuş  alça  5-6 dənə,  

Duz,

istiot,

200 qr kərə yağı



Hazırlanması:

Sazan balığı təmizlənib doğranır. Doğranmış tikələr duzlanıb, istiotlanır və  kərə yağında azacıq qızardılır. Tİkələrin hər iki tərəfini qızartdıqdan sonra onlar tavaya  düzülür. Ayrıca qabığı soyulmuş pomidorlar da yağda qızardılır və  bu  tavaya  düzülmüş  tikələrin  üzərinə  tökülür. Sonra bunun üzərinə  doğranmış  cəfəri və sarımsaq  səpilir. Kartoflar da soyularaq fal-fal  şəklində  doğranır, tavadakıların üzərinə səliqə ilə  düzülür. Aralarına alça  turşuları  da  atılır. Azacıq  su  əlavə  edərək, vam  odda  qapağı  örtülərək  bişirilir.

Gözəl dadlı, göy-yaşıl rəngə çalan dadlı  bir  balıq  yeməyi  alınır. Ağız  dadınızı  dəyişmək, ailə  üzvlərinizə  vitaminli  yemək  vermək  istəyirsinizsə  buyurun, hazırlayın. Qeyd edim ki, sarımsaq iyindən işlə və dərslə əlaqədər evdəkilər çəkinirlərsə, onda  mənim  kimi  edin- şənbə  günü  bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!