Dolma bişirmək üçün faydalı məsləhətlər

Dolma bişirmək üçün faydalı məsləhətlər
Yeməklər
10.09.2017 74
● Dolmanın içliyi üçün lazım olan düyünü mütləq ilıq suda saxlayın, yumşalsın. Nişastasından ayırmaq üçün bir neçə dəfə yuyun. Beləcə içliyin sərt olmağının qarşısını almış olarsınız;

● Dolmanızın daha ləzzətli olmasını istəyirsinizsə, zeytunyağından istifadə edə bilərsiniz;  

● Dolmaların bişərkən, dağılmaması üçün üzərinə boşqab qoyun;

● Artıq qalan dolma içliyini soyuducuda saxlaya bilərsiniz;

● Dolmaların qurumaması və daha parlaq görünməsi üçün soyudarkən, qazanın qapağını azacıq aralı saxlayın;

● Yarpaq dolmasının yarpaqları qalın, damarlı və çox böyük yarpaqlı olmasın. Həmçinin, ağ üzüm yarpaqları daha məsləhətdir;

● Tutma yarpaqların duzunu çıxartmaq üçün geniş bir qabın içində suya basın və aradabir suyunu dəyişdirin;

● Kələm yarpaqlarının daha yaxşı bişməsi üçün pörtlətdikdən sonra soyuq suda saxlayın;

● Dolma bişirəcəyiniz badımcan, pomidor kimi tərəvəzlərin qabıqlarını soymayın;  

● Dolma içliyinin daha ləzzətli olmasını istəyirsinizsə, soğanını bol edin;

● İçliyə əlavə edəcəyiniz soğanı sürtgəcdən keçirməyin, bıçaqla doğrasanız dolmanız daha dadlı olacaq;

● Təzə nanə, şüyüd, cəfəri kimi göyərtilər dolmalarınıza fərqli bir dad qatar;

● Dolmaların içliyini doldurarkən, düyünün və yaxud da bulqurun bişərkən yer qalması üçün üstündə boşluq saxlayın. İçliyi çox doldurmayın;  

● Dolmalar bişərkən duzu birbaşa dolmaların üzərinə yox, suyuna əlavə edin;

● Dolmalar bişərkən, qurumasın deyə, üzərinə sərt və damarlı bir neçə yarpaq sərin;

● Kələm və yarpaq dolması bişirəcəyiniz qazanın dibinə sərt yarpaqlardan düzsəniz, qazanın dibindəki dolmalarınız daha yaxşı bişər;  

● Dolmanı qaynayana qədər yüksək odda, qaynadıqdan sonra isə vam odda bişirin;

● Bişən dolmaların üzərinə biraz zeytunyağı gəzdirsəniz, dolmalarınız həm daha ləzzətli olar, həm də daha parlaq və gözəl olar;

● Bişən dolmaları öz bişdiyi qabında soyudun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!