Toyuq əti və göbələklə qarabaşaq şorbası resepti

Toyuq əti və göbələklə qarabaşaq şorbası resepti
Yeməklər
10.09.2017 18
Tərkibi:

toyuq döşü

2.5-3 l su

250 q şampinyon

0.5 st qarabaşaq

1 orta boy yerkökü

kəvər

1 dəfnə yarpağı

cəfəri (zövqə görə)

duz



kartoflu xəmir:

2-3 orta boy kartof

1 yumurta

3-4 x.q. un

1 çimdik duz



Hazırlanması:

Toyuq ətini doğrayın, üzərinə su töküb hazır olanadək bişirin.

Qarabaşağı artlayın, quru tavada azca qovurun.

Göbələyi təmizləyib doğrayın.

Bitki yağında, suyu çəkilənədək qovurun.

Sürtgəcdən keçirilmiş yerkökü və xırda doğranmış kəvər əlavə edib birlikdə qovurun.

Kartofu suda bişirin.

Əzin.

Yumurta əlavə edin.

Qarışdırın.

Duz və un əlavə edin.

Qarışdırın. Qatı xəmir alınmalıdır, amma elə olsun ki, qaşıqla götürmək mümkün olsun.

Bişən toyuq ətinə qarabaşağı və dəfnə yarpağını əlavə edin.

Çay qaşığı ilə kartoflu xəmirdən götürərək şorbaya salın, qarışdırın.

Xəmirlər suyun üzünə çıxan kimi (çox gözləmək lazım gəlməyəcək) qovrulmuş göbələk-tərəvəz qarışığını əlavə edin. Qarışdırın, qaynara düşəndən sonra 3-4 dəqiqə də bişsin.

Üzərinə doğranmış cəfəri səpin.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!