Yaşıl noxud şorbası resepti

Yaşıl noxud şorbası resepti
Yeməklər
10.09.2017 5
Tərkibi:

2 çay qaşığı zeytun yağı

2 baş soğan, incə doğranmış

3 stəkan toyuq və ya tərəvəz bulyonu

5 stəkan yaşıl noxud

½ stəkan az yağlı qatıq

Duz və istiot zövqə görə

Ətirləndirmək üçün təzə tərxun yarpaqları



Hazırlanması:

Aşağı temperaturda zeytun yağını qızdırın, soğanları əlavə edib yumşaq və rəngini dəyişənə qədər bişirin. Bulyonu əlavə edib 10 dəqiqə ərzində qazanın qapağını bağlamadan qaynadın.

Yaşıl noxudları əlavə edib 4 dəqiqə qaynadın. Blenderdə pure halına gətirib soyuq su ləyənin içində olan boş dərin qaba aşsüzəndən keçirib tökün. Bir az soyuduqdan sonra qatıq, duz, istiot əlavə edib tərxunla ətriləndirin.



Nuş olsun!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!