Ətli oladilər resepti

Ətli oladilər resepti
Yeməklər
10.09.2017 20
Tərkibi:

2 st. qatıq

4 yumurta

0.5 x.q. soda

1 x.q. duz

1 x.q. şəkər tozu

2.5 st. un

600 q qiymə

1 iri baş soğan (təxminən 200 q)

bitki yağı



Hazırlanması:

Soğanı xırda doğrayın. Bitki yağında qızılı rəng alanadək qovurun.

Artıq yağı süzün. Soğanı qiyməyə əlavə edin, duz, istiot vurun.

Qazanda qatıq, duz, şəkər tozu, sirkədə söndürülmüş sodanı qarışdırın. Yumurtaları ayrıca çalıb buraya əlavə edin.

Ələnmiş unu az-az əlavə edin.

Tavada bitki yağını qızdırın. Bir xörək qaşığı xəmir töküb yayın, dərhal üzərinə qiymə qoyun, bir az üstündən basın, sonra üzərinə bir xörək qaşığı xəmir tökün.

Bir tərəfi qızarandan sonra çevirib o biri üzünü də bişirin (diqqətli olun, yanmasın, tez bişir).



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!