Mamalika resepti

Mamalika resepti
Yeməklər
10.09.2017 31
Qadınlar.biz Türkiyənin Sinop bölgəsinə aid mətbəxindən mamalika reseptini təqdim edir.



Tərkibi:

Holland və ya ağ yağlı pendir

2.5 su stəkanı isti su

1 stəkan qarğıdalı unu

½ x.q kərə yağı

1 ç.q duz

1 ç.q qırmızı toz bibər



Hazırlanması:

Suyu qazana tökürük, bir az qaynara düşən kimi duz atırıq. Su qaynayana kimi pendiri sürtgəcdən keçiririk.

Qaynayan suyumuza qarğıdalı ununu yavaş yavaş əlavə edib taxta qaşıqla qarışdırmağa davam edirik ki, un düyün düyün qalmasın.

Bişib qatılaşan mamalikanı servis edəcəyimiz qaba töküb üzərinə sürtgəcdən keçirdiyimiz pendiri əlavə edirik.

Başqa bir qabda isə kərəyağını əridib içinə qırmızı toz bibəri əlavə edib sosumuzu hazırlayırıq. Və bu sosu mamalikanın üzərində ehtiyatla gəzdiririk.

Mamalika hazırdır.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!