Ərəb qurabiyəsi resepti

Ərəb qurabiyəsi resepti
Yeməklər
10.09.2017 48
Tərkibi:

250 qram marqarin

3 yumurta

3 su stəkanı un

1 paket vanil

2 çay qaşığı şəkər pudrası



Xarici üçün:

yarım su stəkanı şəkər pudrası

2 şorba qaşığı kakao

yarım su stəkanı nesquik



Hazırlanması:

Əvvəlcə yumurta sarıları çəngəllə qarışdırılır və ona 1 çay qaşığı qədər pudra şəkəri də əlavə edib qarışdarmağa davam edilir.

Yumurta sarısına 250 qram otaq istiliyində saxlanmış marqarin əlavə edib yenə qarışdırılır, ta o vaxta kimi qarışdırılır ki, krem konsistensiyası halına gətirilir.

Son olaraq vanil və un əlavə olunaraq xəmrin üzərinə nəmli biz parça örtüb, 10 dəqiqə”dincə qoyulur” .

10 dəqiqədən sonra xəmiri qoz böyüklüyündə parçalar kimi götürüb ovcun içində yumru hala gətirilir. Bundan sonra həmin yumrular yağlı kağız qoyulmuş nimçəyə düzülür və əvvəldən isidilmiş 175 dərəcəli sobada bişirilir : təxminən, 20-25 dəqiqə. Amma son 5 dəqiqəsində istiliyi bır az aşağı salın ki, qızarmasınlar.

Sobadan çıxdıqdan sonra 5 dəqiqə sonra hazır peçenyelər zövqə görə kakao və pudra şəkəri qarışığına çəkilir. Adətən, yaxşıca soyuyan peçenyelər təkrar pudra şəkəri və ya kakao qarışığına çəkildikdən sonra süfrəyə verilir.

Buyurun, şəkər tozu kimi ağızda əriyib gedəcək peçenye qarşınızdadır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!