Qızardılmış Jalapeno bibər resepti - FOTO RESEPT

Qızardılmış Jalapeno bibər resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 28
Qadınlar.biz içi doldurulmuş və qızardılmış Jalapeno bibər reseptini sizlərə təqdim edir.



Tərkibi:

12 ədəd Jalapeno bibəri

1 fincan qaymaq

Yarım fincan çeddar pendiri

2 yumurta

1 x.q süd

Yarım fincan un

Suxarı

Duz

Qara istiot

Duru yağ (qızartmaq üçün)



Hazırlanması:

1.Jalapeno bibərləri yaxşıca yuyulur, bıçaqla bir tərəfdən ehtiyatla kəsilir, tumları çıxarılır və isti suyla içərisi yuyulur ki, tum qalmasın.

2. Ayrı bir kasada qaymaq və çeddar pendiri çəngəllə əzilib qarışdırılır. Bu qarışıq bibərlərin içərisinə bıçaq və ya desert qaşıqla doldurulur.

3. 3 ədəd kasa götürülür, birinin içinə yumurta qırılıb südlə çalınır, birinə un, duz və qara istiot tökülüb qarışdırılır, birinə isə suxarı (çörək qırıntıları) əlavə edilir.

4. Doldurulmuş bibərlər bir-bir əvvəlcə yumurta-süd qarışığına, sonra un qarışığına və suxarıya batırılıb qızmar tavada duru yağda qızardılır.

5. Qızardılmış bibərlər salfet üzərinə qoyulur. Yağı çəkildikdən sonra servis qabına alınır. Süfrəyə zövqə görə pomidor sousu və ya qatıqla verilir.  



 

 

 

 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!