Noxudlu dovğa resepti

Noxudlu dovğa resepti
Yeməklər
10.09.2017 45
Tərkibi:

2 dəstə keşniş

2 dəstə şüyüd

1 dəstə ispanaq

yarım dəstə nanə (yalnız yarpaqları)

1 dəstə cəfəri

3 stəkan qatıq

4 stəkan su (qatığın duruluğundan asılı olaraq su və ya qatıq əlavə edə bilərik)

1 xörək qaşığı un

1 ədəd yumurta

Stəkanın üçdə biri qədər yumru düyü

Zövqə görə duz



Hazırlanması:

İndi isə işə başlaya bilərik

Axşamdan islağa qoyduğunuz noxudu yumuşalanadək bişirib kənara qoyun. Bütün göyərtiləri doğrayıb aşsüzəndə yuyun, suyunun tam çəkilməsi üçün 15-20 dəqiqə kimi gözləyin. Yeməyi bişirəcəyiniz qazana qatıq, su, un və yumurtanı töküb qarışdırın. Daha sonra düyünü də bu qarışığa əlavə edin. Qaynayana qədər onları yaxşıca qarışdırın. (Əks halda dovğa çürüyə bilər). Qaynamağa başlayanda göyərtini əlavə edin. Təxminən 7-8 dəqiqə kimi qarışdırın. Düyünün tam bişdiyinə əmin olduqdan sonra noxudu da əlavə edib, qazanı sobadan kənara çəkin. Soyuduqdan sonra ona duz əlvə edin. Və budur, yemək süfrəyə təqdim edilməyə hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!