Xırçıldayan pendirli çörək resepti

Xırçıldayan pendirli çörək resepti
Yeməklər
10.09.2017 8
Tərkibi:

Bir ədəd baton çörək

100 qram pendir

100 qram yumşaldılmış kərə yağı

2-3 diş sarımsaq

Cəfəri və şüyüd göyərti zövqə görə

 

Hazırlanması:

Pendiri sürtgəcdən keçirin, sarımsağı əzin, üzərinə yumşalmış kərə yağı, incə doğranılmış göyərti əlavə edib yaxşıca qarışdırın.

Sobanı 200 dərəcə isidin. Batonda kəsiklər açın, kubik formasında, amma sona qədər kəsməyin, yəni batonun altı bütov olmalıdır.

Aralarına pendirli içliyi əlavə edin. Batonu folqaya büküb sobada 20 dəqiqə bişirin. Daha sonra folqanı açın və daha 5 dəqiqə sobada bişirin. Çörəyin üzəri bir balaca qızarmalıdır.

Çörəyi iti bıçaqla doğrayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!