Qırmızı mərcidən şorbası resepti

Qırmızı mərcidən şorbası resepti
Yeməklər
10.09.2017 6
Tərkibi:

Mərci (qırmızı) –1 stəkan

Düyü –2 x.q

Soğan –1 ədəd

Pomidor (orta ölçüdə) 2 ədəd

Bulyon (və ya su) – 1700 ml

Duz (zövqə görə)

İstiot üyüdülmüş (zövqə görə)

Zirə (üyüdülmüş) - ½ ç.q

Quru nanə - ½ ç.q

Limon şirəsi (süfrəyə verildikdə)

Suxari (süfrəyə verildikdə)

Duru yağı(qarğıdalı)



Hazırlanması:

Düyü və mərcini (qırmızı) yaxşıca yuyuruq.

Soğanı təmizləyib xırda doğrayırıq.  

Pomidoru qabığıdan və toxumundan təmizləyib doğrayırıq.

Soğanı orta ölçülü qazanda bitki yağı ilə qızardırıq.

Pomidoru əlavə edib bir az pörtürük.

Qırmızı mərci və düyünü əlavə edib qarışdırıb 5 dəqiqə qızardırıq.

Bulyonu əlavə edirik. Orta odda mərci tam hazır olana kimi 20-30 dəqiqə gözləyirik.

Mərci tam hazır olandan sonra oddan qaldırıb blender ilə yaxşıca xırdalayırıq. Yenidən odun üzərinə qoyub qaynamasını gözləyirik. Əgər o həddən artıq qatıdırsa, qaynamış su (bulyon) əlavə etmək olar. Hazır şorbaya zövqə görə ədviyyat qatmaq olar.

Limon şirəsi və suxari ilə süfrəyə veririk.

Şorbamız hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!