Yumurtalı toyuq şorbası resepti

Yumurtalı toyuq şorbası resepti
Yeməklər
10.09.2017 17
Tərkibi:

Bir toyuğun yarısı

1 ədəd yerkökü

2 ədəd baş soğan

3 ədəd yumurta

duru yağı

Duz, istiot

İstənilən ədviyyat

İstənilən göyərti



Hazırlanması:

Toyuğu təqribən 40 dəqiqə ərzində bişirin. Soğanı narın-narın doğrayın.

Yerkökünü isə sürtgəcdən keçirin.

Toyuğun ətini sümüyündən ayırıb istənilən böyüklükdə tikələyin. Yağda qovrulmuş yerkökü ilə soğanı toyuğun bulyonuna əlavə edin.

Sonra isə əti onun üzərinə əlavə edin.

Yumurtanı ayrı bir qabda çalın və üzərinə bir neçə yemək qaşığı soyuq su əlavə edin. Sonra isə yenidən yaxşıca çalın.

Yumurtanı qaynayan supa qarışdıra-qarışdıra əlavə edin.

Duz, istiot və zövqə görə istənilən digər ədviyyatları əlavə edib qarışdırın. Süfrəyə verərkən üzərinə doğranmış göyərti səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!