Toyuq ətindən isti yemək resepti

Toyuq ətindən isti yemək resepti
Yeməklər
10.09.2017 116
Tərkibi:

1 ədəd  toyuq

250 q.  soğan

250 q.  kök

250 q.  göy  soğanın  saplağı

120  ml.  yağlı gaymaq

250  ml.  toyuq şorbası

30  q.  ələnmiş  un

1/4  ç. q.  quru  kəklik otu

1 ç. q. xirda doğranmış sarımsaq

çəfəri (bəzək üçün)

duru yağ

duz,

istiot



Hazırlanması:

Əvvəlcə toyuq ətini doğrayırıq, sonra quru dəsmal ilə qurulayırıq.

Sonra duru yağda azca qızardırıq.

Elə həmin tavada duru yağda, xırda doğranmış baş soğan və sarımsağı  qızardırıq.

Qızılı rəng aldıqda soğanın üzərinə un əlavə edirik, qarışdırırıq və  2-3 dəqiqə yenə qızardırıq.

Sonra isə, ağ çaxır əlavə edib yaxşıca qarışdırırıq, qaynara düşəndə, toyuq şorbasını əlavə edirik.

Yenə qaynara düşəndə, kəklik otunun qurusunu, duz, istiotu əlavə edirik. Yenə 2-3 dəqiqə qaynadırıq və söndürürük.

Hazırladığımızı bir qazana tökürük, üstünə də qızarmış toyuq ətini yerləşdirib ağzını da örtürük.

Və 180 dərəcə isidilmiş sobaya yerləşdirib 40 dəqiqə bişiririk.

Bu ərəfədə kökü dördkünc şəkildə doğrayırıq və soğanın saplağını da xırda doğrayırıq, qarışdırırıq.

Və duru yağda govururuq.

Sonra isə, sobadan qazanı ehtiyatla çıxardırıq və içindən ətləri ayırırıq, ağzını örtürük ki, soyumasın.

İndi isə, şorbasını kəfkirlə, ya da ələkdən  süzürük. Sonra həmin duru şorbaya qaymağı əlavə edirik, duz, istiot və azca da soyuq su  əlavə edirik. İndi bu qazanı, vam odda şorba azca qatılaşana qədər qaynadırıq.

Sonra qızarmış köklə, soğanı əlavə edirik. Sonra da toyuq ətini əlavə edirik.

Süfrəyə verməzdən əvvəl yenidən isidib servis edirik.

Toyuq ətindən isti yeməyimiz hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!