Kokos südündə balıq şorbası resepti

Kokos südündə balıq şorbası resepti
Yeməklər
10.09.2017 16
Tərkibi:

Bibər tomatı üçün: 6-7 ədəd qurudulumuş bibər

60 ml. su

4 diş sarmısaq

1/2 xörək qaşığı zirə

1/2 xörək qaşığı üyüdülmüş keşniş

Yarım limonun şirəsi



Digər ərzaqlar:

800 qram balıq filesi (sümüksüz)

400 qram kokoslu süd

1 ədəd yarım baş soğan

Zövqə görə duz

Keşniş



Hazırlanması:

İlk öncə bibər tomatımızı hazırlayırıq. Qurudulmuş bibərləri iri qaba tökürük, üzərinə su əlavə edirik və 5 dəqiqə qaynadırıq. Ocaqdan götürürük, ardıcıl olaraq sarmısaq, zirə, üyüdülmüş keşniş və limon şirəsi əlavə edirik. Daha sonra tomatı blenderdən keçiririk. Soğanı xırda-xırda doğrayırıq. Tavaya 1 xörək qaşığı duru yağ tökürük, üzərinə də soğanları əlavə edib qarışdıraraq az odda 4-5 dəqiqə qızardırıq. Daha sonra hazırladığımız və blenderdən keçirdiyimiz bibər tomatını əlavə edib 1 dəqiqə qarışdırırıq. Üzərinə kokoslu südü əlavə edib qaynamağa qoyuruq. Südümüz qaynayana qədər balıq filemizi xırda-xırda doğrayırıq. Balıqları bir qazana tökürük, zövqə görə duzlayırıq və qaynayan mayenin üzərinə tökürük. 10 dəqiqə ağzı qapaqlı bişməyə qoyuruq. İstəyə görə üzərinə keşniş də töküb, düyünün yanında vermək olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!