Göy qurşağı şorbası resepti

Göy qurşağı şorbası resepti
Yeməklər
10.09.2017 40
Tərkibi:

3 ədəd kartof

2  baş soğan

3 ədəd kök

7-8  ədəd göbələk

3 ədəd qırmızı şirin bibər

2 ədəd yaşıl şirin bibər

150  qr yağ

5-6 ədəd dəfnə yarpağı

Makaron

Yumru düyü

Qırmızı mərcimək

Keşniş, şüyüd

Azərduz yodlu narın xörək duzu, istiot



Hazırlanması:

Soğanı, bibərləri, ğöbələkləri xırda-xırda doğrayırıq.

Kökü  sürtgəcin xırda gözundən keçiririk. Yağ və dəfnə yarpağı əlavə edilmiş tavada qovururuq.

Kütlə bir az qovrulduqdan sonra xırda kub şəklində doğranmış kartofları tavaya əlavə edib hamısını birlikdə qovururuq.  Daha sonra 2 litir su əlavə edilmiş qazana qovrulmuş kütləni töküb, makaronu əlavə edirik.

Daha sonra bir az yumru düyü və bir qədər də qırmızı mərcimək əlavə edib qaynamağa qoyuruq.

Qazanın qapağını aralı qoymaq lazımdır. Hazır olduqdan sonra üzərinə doğranmış göyərti tökürük. İstəyə görə süfrəyə acika ilə  vermək olar.

Şorbamız hazırdır.  



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!