Paxla şorbası resepti

Paxla şorbası resepti
Yeməklər
10.09.2017 28
Tərkibi:

300 qram paxla

1 ədəd baş soğan

3 diş sarımsaq

1 x/q un

1 stəkan qatıq

2 x/q qaymaq

Şüyüd

Pul bibər

Duz

3 x/q zeytun yağı



Hazırlanması:

Paxlanı təmizləyib doğrayırıq. Tavaya zeytun yağı əlavə edib unu qovururuq. Doğranmış soğanı, sarımsağı, paxlanı una əlavə edib qovururuq. Su əlavə edib paxla bişənədək qaynadırıq. Ayrı bir qabda qatığı və qaymağı çalın. Qaynayan qarışıqdan bir çömçə bura əlavə edib qarışdırıb, sonra şorbaya əlavə edirik. Bir burum qaynadıb altını söndürürük. Doğranmış şüyüd, pul bibər əlavə edib süfrəyə təqdim edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!