Sadə ətli kartoflu şorba resepti

Sadə ətli kartoflu şorba resepti
Yeməklər
10.09.2017 78
Tərkibi:

1,2 – 1,5 litr su

500 qr dana əti

3 iri kartof

1 baş soğan

1 yerkökü

Azacıq keşniş, reyhan

Duz,istiot, yağ



Hazırlanması:

Kartof təmizlənir və istədiyiniz tərzdə doğranır. Qazanda 1,5 litr su
qaynadılır. Qaynayan qazana kartoflar tökülür. Başqa bir tavada xırda
doğranmış soğan və yerkökü qızardılır. 

Ət ətçəkən maşından keçirilir və duz istiot, göyərti vurulub xırda küftələr düzəldilir.

Qazanda kartof bişəndən sonra qazan düşürülür və kartof blendrlə əzilir.
Yenə qazın üstünə qoyulur və yenidən qaynayanda soğan yerkökü qarışığı
və xırda küftələr  püreyə əlavə olunur. Bişənədək qaynadılır. Şorbamız
hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!