Sarımsaqlı yay yeməyi resepti

Sarımsaqlı yay yeməyi resepti
Yeməklər
10.09.2017 16
Tərkibi:

3 ədəd badımcan

3 ədəd bolqar bibəri

3 ədəd soğan

3-4 ədəd pomidor

1 baş sarımsaq

Cəfəri, şüyüd

duru yağı (günəbaxan)

istəyə uyğun quyruq

Duz, istiot



Hazırlanması:

Badımcan qabığı soyulub halqa-halqa dilimlənilir duzlanılır.

Sarımsaq təmizlənilib, xırda doğranılıb, 3 diş saxlanılır.

Soğan doğranılır.

Bolqar bibərləri də dördkünc şəklində doğranılır.

Pomidor qabığı soyulub, xırda doğranılır.

Qazana quyruq xırda doğranılıb, 3 diş sarımsaqla dağ edilir. İstəməyən bitki yağından istifadə edə bilər.

Badımcanların hər iki üzü qızardılır.

Qızardılmış badımcanlar ayrı qabda yığılır, üzərinə sarımsaq, şüyüd səpilir.

Soğan və bibərlər yağa atılıb, tez götürülür. Formaya yığılaraq üzərinə sarımsaq, şüyüd səpilir.

Pomidor yağda qaynadılıb, dağ edilir, üzərinə sarımsaq əlavə edib qarışdırılır.

Pamidor sousunu bibərlərin üstündən gəzdiririk.

Qapağı bağlanılaraq sobaya qoyulur, yağa düşənədək bişirilir.

Hazırlanmış yeməyimiz süfrəyə verilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!