Mayalı pizza xəmiri resepti

Mayalı pizza xəmiri resepti
Yeməklər
10.09.2017 14
Tərkibi:

4 st un

1 ədəd yumurta

2 x.q şəkər tozu

4 x.q bitki yağı

1 ç.q quru maya

1/2 ç.q duz

1 st ilıq su ya da süd



Hazırlanması:

Unu ələyib bir qaba töküb ortasını aralayırıq. Üstünə şəkər tozunu və duzu səpirik.

Ortasına yumurtanı sındırırıq və bitki yağını tökürük.

Quru mayanı suda çalıb, açırıq, köpüklənir sonra onu da yumurtanın üstünə əlavə edirik.

İlıq suyu üstünə töküb, əvvəl qaşıqla sonra əlimiz ilə qarışdırıb,
yumşaq xəmir yoğururuq. Xəmirin üstünə klyonka çəkib, dəsmal qoyub,
acıması üçün üstünü örtürük.

2 saata xəmir acıyacaq.

Xəmirdən 3 kündə düzəldirik. Xəmiri yayanda diametri 30 sm olacaq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!