Çörək içi kabab resepti

Çörək içi kabab resepti
Yeməklər
10.09.2017 22
Tərkibi:

150 qr xırda doğranmış ət

1 ədəd bulka çörək(şirin yox)

6-7 ədəd kiçik soğan

2 diş sarımsaq

1 ədəd qırmızı bibər

1 ədəd acı bibər

3-4 ədəd kiçik pomidor

1 yemək qaşığı kərə yağı

1 yemək qaşığı duru yağ

Soya sousu(olmasa da olar)

Zeytun yağı

Sirkə

Duz, kəklikotu, sumaq, qara toz bibər, qırmızı toz bibər

Üzəri üçün:

holland pendiri

 

Hazırlanması:

Xırda doğranmış ətləri yaxşıca yuyub, geniş bir qaba qoyun. Üzərinə incə incə doğradığınız sarımsaqları, soya sousu, duz, qara bibər, kəklikotu, qırmızı toz bibər, sumaq, sirkə və zeytun yağı əlavə edib, 30 dəqiqə dinlənməyə qoyun...

Daha sonra kərə yağı və duru yağ qoyulmuş bir tavaya arpacıq soğanları əlavə edib, bir az qovurun...

Ardından dinlənən ətləri əlavə edib, yüksək odda bir qədər bişirin...

Bişənə yaxın ətlərin üzərinə xırda doğranmış bibər və pomidorları əlavə edib, duzunu və qara biberini də səpib, 3-4 dəqiqəyə qədər qovurun(ölüşküsün)...

Digər tərəfdən çörəyin üst tərəfindəki qabığı bir az kəsib, içini oyun və rəndələnilmiş pendirin bir hissəsini çörəyin içinə qoyun...

Sonra hazırladığınız kababı isti-isti çörəyin içinə doldurun...



Təkrar üzərinə holland pendiri rəndələyib xidmət edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!