Kartoflu toyuq resepti

Kartoflu toyuq resepti
Yeməklər
10.09.2017 91
Tərkibi:

1 ədəd bütöv toyuq

3-4 ədəd kartof

Həmin toyuğun içalatı (əgər varsa)

1 xörək qaşığı hazır ədviyyat

1 çay qaşığı hazır ot qarışımı bunların hər ikisi marketlərdə var.

1 diş sarımsaq

0.5 çay qaşığı sumax

0.5 çay qaşığı pomidor və ya bibər pastası

1 xörək qaşığı qatıq

Zövqə görə qırmızı istiot (mən lap az vururam).



Hazırlanması:

Əvvəlcə toyuq yuyulur,aşsüzənə qoyulub suyu süzülür.

Kartoflar soyulub yuyulur və iki yerə bölünür,içalat da həmçinin.

Sonra basdırma üçün olan ərzaqlar hamsı qarışdırılır,sarımsaq əzilib qatılır.

Toyuq, içalat,kartof bu qarışığa yaxşıca bulanır. 1-2 saatdan sonra  kartof və içalat toyuğun içinə doldurulub,bişmə torbasına qoyulub,duxovkaya yerləşdirilir.Qızaranda bişmiş hesab olunur.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!