Şaurma resepti

Şaurma resepti
Yeməklər
10.09.2017 167
Tərkibi:

300-350qram toyuq əti

200qram xama və 200qram mayonez

Zövqə görə 1 və ya 2 diş sarımsaq (əzilmiş)

1çay qaşığı "xmeli-suneli” ədviyyatı, duz, istiot.

Keşniş göyərtisi (narın doğranmış)



Qarnir üçün:

5-6 ədəd orta irilikdə kartof və 3-4 ədəd duzlu "kornişon” xiyarı.



Hazırlanması:

Toyuq ətini nazik-nazik doğrayıb, xmeli-suneli ədviyyatını, duz-istiotunu vurmalı və tavada azca duru yağda vam odda qızardırıq. Ayrıca qabda xamanı, mayonezi, sarımsaq və keşnişi qarışdırıb qızarmış ətin üstünə tökürük. 10 dəqiqəyə qədər aramsız qarışdırırıq. Sous qaynara düşmək istəyəndə tavanın altını keçiririk.

 

Süfrəyə verilməsi:

Kartofu nazik – uzun doğrayıb bol yağda qızardırıq.

Dayaz boşqaba kartof yığıb üstünə ətli sousu əlavə edirik.

Çörəyin, ya da lavaşın arası açılır, kartof düzülür, üstünə ətli sous və duzlu xiyar qoyulur və dürmək tək bükülür...

Evdə toster varsa onda isitmək olar, yoxdursa,ağzı bağlı tavada o üz, bu üz qızdırmaq olar...



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!