Bibər dolması resepti

Bibər dolması resepti
Yeməklər
10.09.2017 25
Tərkibi:

400 qr. dana əti

2 baş soğan

2 ədəd pomidor

Yarım stəkan düyü

1 dəstə keşniş, reyhan

2 x. q. ərinmiş yağ qiyməyə + 2 x.q. xörəyə

duz, istiot

1ç.q. bibər tomatı

12-14 ədəd bolqar bibəri



Hazırlanması:

Ət soğanla maşından keçirilir.

2 pomidorun qabığı bir qədər dərin soyulur. Pomidorun içi də ət maşınından keçirilib qiyməyə əlavə edilir. Düyü, narın doğranmış göyərti, duz, istiot və 2 x.q. yağ qiyməyə vurulur və yaxşıca yoğrulur.

Bibərlərin içi təmizlənir və qiyməylə doldurulub, pomidorun qabıqları ilə üstü bağlanır.

Tavada tomat yağda qovrulur və təxminən yarım st. su tökülür. Bibərlər tavaya yığılır və vam odda 1 saata yaxın bişirilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!