Göbәlәklә qızardılmış forelin resepti

Göbәlәklә qızardılmış forelin resepti
Yeməklər
10.09.2017 44
Tәrkibi:

500 q forel vә ya qızılbalıq 3 pomidor

200 q şampinyon

1 baş soğan

100 q sürtgәcdәn keçirilmiş pendir

bitki yağı duz istiot

göyәrti sarımsaq

mayonez (zövqә görә)

 

Hazırlanması:

Soğan vә göbәlәyi doğrayıb birlikdә bitki yağında qovurun. Balığı steyklәrә doğrayın, duz, istiot vurun, yağlanmış formaya düzün. Göbәlәk qovurmasını üzәrinә döşәyin. Pomidorun qabığını soyun, fal­fal doğrayıb üstünә düzün, üzәrinә sürtgәcdәn keçirilmiş pendir sәpin.

Zövqә görә xırdalanmış sarımsaqla mayonez dә әlavә etmәk olar, bu, balığın dadını bir qәdәr basdırır.

Balığı 180­-200 dәrәcә qızdırılmış sobada 20­-30 dəqiqə bişirin. Lazım gәlәrsә, üzәrinә folqa çәkin, Süfrәyә verәrkәn üzәrinә doğranmış göyәrti sәpin.

Qeyd: Bunu filedәn dә hazırlaya bilәrsiniz. Forel vә ya qızılbalığı digәr balıqla әvәzlәyә bilәrsiniz. Әgәr balıq yağsız olarsa (mәsәlәn, cod balığı), o zaman mayonez çәkmәk mütlәqdir, әks halda balıq quru vә dadsız alınacaq.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!