Qulyaş resepti

Qulyaş resepti
Yeməklər
10.09.2017 13
Tərkibi:

Dana əti-600 q

Qırmızı bolqar bibəri- 1 ədəd

Pomidor-2 ədəd

Soğan -3 ədəd

Paket yağı-100 q

Zeytun yağı

Un- 3- 4 x.q

Qara istiot- 1 çay qaşığı

Sarımsaq- 1 diş

Pul bibər-1 çay qaşığı

Duz



Hazırlanması:

İlk olaraq əti çox da xırda olmamaq şərti ilə doğrayırıq.

Sonra soğanları 3-4 hissəyə ayırıb birlikdə zeytun yağında bir az qovururuq.

Və bir qaba yığırıq.

Kartofu da iri-iri doğrayıb əti qovurduğumuz qabda qovururuq. Və qovurduqdan sonra ətin üzərinə əlavə edirik.

Pomidorun qabığını soyub suyunu tumundan ayırırıq. Özünü isə xırda-xırda doğrayıb kartofun üzrindən əlavə edirik.

Pomidorun suyunu da əlavə edib, Bibəri də sürtkəcdən keçirib əlavə edirik. Üzərinə çıxana qədər su əlavə edirik.

Sarımsağın qabığını soymadan bıçağın arxası ilə əzirik və əlavə edirik. Ədviyyatları əlavə edib. 40-45 dəqiqə bişirmək lazımdır. Yeməyimiz bişərkən kərə yağında unu bir az qourub bir az su əlavə edirik. Sonra yeməyin üzərinə əlavə edib 10-15 dəqiqə daha bişiririk.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!