Sini küftəsi resepti

Sini küftəsi resepti
Yeməklər
10.09.2017 13
Tərkibi:

4 su stəkanı yarma

4 qaynadılmış kartof

1 soğan

2 yemək qaşığı qırmızı pul bibər

1 yemək qaşığı bibər pastası

1 yemək qaşığı kərə yağı

Duz

Qara bibər



Küftə xərci üçün:

250 qr qıyma

2 soğan

1 yemək qaşığı kərə yağı

1 çay qaşığı yenibahar

1 çay qaşığı qırmızı pul bibər

Duz

qara bibər



Hazırlanması:

Küftə xərci üçün, qıyma, bir su stəkanı su və duzu taxta bir qaşıqla qarışdıraraq bişirin. Qıyma suyunu çəkincə incə qıyılmış soğan, kərə yağı və ədviyyatları əlavə edib qovurun. Bulgurlu xərci hazırlamaq üçün yarım saat əvvəldən yarmanı isladın. Kartofları qaynadıb əzərək püre halına gətirin. Pul bibər, rəndələnmiş soğan, duz və qara bibəri bulgura əlavə edib ikiyə bölün. Soba nimçəsi və ya şüşə bir qabı yağlayın. Bulgurlu xərcin yarısını qaba qoyun. Üzərinə qıymalı xərci əlavə edin. Qalan Bulgurlu qarışığı qıymağı üzərinə yayın. Kərə yağı ilə salçayı qarışdıraraq üzərinə sürün. Daha əvvəldən isitdiyiniz 250 dərəcə sobada qızarana qədər bişirin. Soyuyunca xidmət edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!