Qiyməli badımcan “sırdağı” resepti

Qiyməli badımcan “sırdağı” resepti
Yeməklər
10.09.2017 15
Tərkibi:

400-qr. yağlı dana əti

1 kq badımcan

2 baş soğan

2 bolqar bibəri

1 dəstə reyhan

3 iri pomidor

2 diş sarımsaq

Duz, istiot



Hazırlanması:

Badımcanların qabığı soyulur, fal-fal doğranır və acı suyunu buraxması üçün duzlanır.

Ət soğanla maşından keçirilir, bibər və reyhan  xırda doğranır. Bir tavada suyu çəkilənədək pörtlədilir.

Duzlanmış badımcanlar yuyulur və suyu süzülür. Yağlanmış sobanın qabına düzülür. Üstünə qiymə tökülür və yayılır. Badımcanın qalanları da qiymənin üstündən düzülür, əzilmiş sarımsaq əlavə olunur  və yumru doğranmış pomidorlar badımcanın üstünə düzülür.

Sobada 200 dərəcədə 1 saat bişirilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!