Yağlama resepti

Yağlama resepti
Yeməklər
10.09.2017 8
Tərkibi:

1 paket lavaş,

Yarım kq qiymə,

2-3 ədəd soğan,

1 yemək qaşığı bibər tomatı,

Yarım yemək qaşığı pomidor tomatı,

duz,

istiot,

zeytun yağı,



Üzəri üçün:

Sarımsaqlı qatıq,



Hazırlanması:

Soğanların qabıqlarını soyun. Sonra soğanları yeməklik doğrayın. Qazana duru yağı alıb qızdirın. Qızdırdığınız yağa soğanları əlavə edib qızardın. Soğanlar qızarınca hazırladığınız qiyməni qizartmış olduğunuz soğanların içinə əlavə edin. Qovurmaya davam edin..Qiymə qovrulduqdan sonra duz və istiotu əlavə edin. Hazırladığınız qiymənin üzərinə bol su əlavə edib qaynadın. Oda davamlı şüşə qaba 1 ədəd lavaşaçın. Üzərinə bol hazırladığınız sosdan tökün. Sosu lavaşın üzərinə yayın. Sonra ikinci bir lavaşı onun üzərinə açın. İkinci lavaşın üzərinə də həmən sosdan əlavə edib yayın.Bütün lavaşlar bitənə qədər bu işləmi davam edin.İşləm sona yetəndən sonra dilimləmək lazımdır.

Sarımsaqları soyub narın-narın doğrayaraq qatığa qatmaq lazımdır. Sarımsaqlı qatığa isə az bir miqdar duz qataraq qatığı dadlandıraq.

Hazırladığınız yeməyi dilimləmək lazımdır. Dilimlədiyiniz yeməyin üzərinə sarmsaqlı qatıq gəzdirərək servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!