Şabalıdlı tərəvəz şorbası resepti

Şabalıdlı tərəvəz şorbası resepti
Yeməklər
10.09.2017 12
Tərkibi:

1 ədəd quru soğan

1 desert qaşığı pomidor sousu

1 ədəd kərəviz

1 ədəd kök

1 xörək qaşığı  un

1 kasa şabalıd

1 çay fincanı ət suyu

duz, qara bibər

duru yağ

su



Hazırlanması:

Əvvəlcə quru soğanı ayırd edib, kəsmə taxtasında küp doğrayaq, kök və kərəvizi də küp doğrayıb qazana tökürük, duru yağı əlavə edək yüngül qızardırıq. Üzərinə unu töküb  bir iki dəqiqə qovuraq. Qaynadılmış və blenderdən  keçirdiyimiz şabalıdları da əlavə edək. Tomatını, duz, qara bibər və ət suyunu əlavə edək, qaynamağa buraxaq.

Kərəviz yarpaqlarını yaxşıca yuyaq, kəsmə taxtasında incə-incə  doğrayıb,süfrəyə verərkən üzərinə səpək.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!