Çili şorbası resepti

Çili şorbası resepti
Yeməklər
10.09.2017 9
Tərkibi:

400 q qiymə

600 q lobya

2 pomidor

1 ədəd bolqar bibəri

1-2 ədəd çili istiotu

2-3 ədəd soğan

5-6 diş sarımsaq

400 ml ət suyu (bulyon)

2-3 x.q. tomat pastası

1 ç.q. üyüdülmiş zirə və razyana

sürtgəcdən keçirilmiş pendir – zövqə görə



Hazırlanması:

Soğanı, bibəri və çili istiotunu doğrayın.

Lobyanı qaynadın, aşsüzənə töküb suyunu süzün.

Pomidorların üstünə qaynar su töküb 1 dəqiqə saxlayın, qabığını soyun.

Soğan, bibər və sarımsağı qızardın. Bunlar hazır olana yaxın çili istiotunu əlavə edin.

Qiyməni 3-5 dəqiqə, qarışdıra-qarışdıra qovurun.

Hazır olana yaxın cirə və razyana əlavə edin.

Bir az iri qazana həm qiyməni, həm də qızartdığınız tərəvəzləri qoyun, kubik doğranmış pomidorları, tomat pastası və ət suyunu əlavə edin.

Qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndən sonra ocağı çox azaldın, vam odda 25-30 dəqiqə bişirin.

Sonra bişmiş lobyanı əlavə edib daha 5 dəqiqə bişirin.

Süfrəyə verərkən boşqabın dibinə sürtgəcdən keçirilmiş pendir səpin, sonra isə şorbanı tökün.

Yanında üzərinə yağ çəkilərək sürtgəcdən keçirilmiş sarımsaq səpilmiş ağ çörək dilimləri verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!