Calebi - Hind şirniyyatı resepti

Calebi - Hind şirniyyatı resepti
Yeməklər
10.09.2017 35
Tərkibi:

0,5 st. buğda unu

0,5 st. mannı yarması

1 çimdik zəfəran

1 x.q. limon şirəsi

3-4 x.q. qəhvəyi şəkər tozu

bitki yağı (qızartmaq üçün)

200 q yulaf lopası (yaxud 1 st. qarışıqsız yoqurt)

 

Hazırlanması:

Əvvəlcə "yulaf südü” hazırlayın. Bunun üçün yulaf lopasının üzərinə 1,5 l su töküb bir gecə saxlayın. Sabahı gün cunadan süzün. 1 st. yulaf südü gərək olacaq. Mannı və unu qarışdırın, duz, 1 x.q. bitki yağı, az-az yulaf südü əlavə edin. Xəmir duru olmalıdır. Yulaf südü yerinə yoqurt götürə bilərsiniz. Zəfəran şərbəti: 1 çimdik zəfəranın üzərinə yarım stəkan qaynar su töküb dəmləyin. Süzün, 1 x.q. limon şirəsi və qəhvəyi şəkər əlavə edin. Qarışdırın. Calebiləri bu şərbətə batırın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!