Peru üsulu ət qovurması resepti

Peru üsulu ət qovurması resepti
Yeməklər
10.09.2017 10
Tərkibi:

0.5 kq mal əti

2-3 kartof

2 ədəd qırmızı soğan

3 pomidor

1-2 acı istiot

3 diş sarımsaq

1 ç.q. zirə

1 ç.q. passata, yaxud digər tomat pastası

1 ç.q. soya sousu

1/4 st. pivə

duz

istiot

1 dəstə cəfəri

bitki yağı



Hazırlanmas:

Əti saman kimi doğrayın, duz-istiot vurun.

Yağı tavada möhkəm qızdırın. Az-az əlavə etməklə əti qovurun (təxminən hər porsiyanı 1,5 dəqiqə). Bir qaba yığın.

Eyni zamanda kartofu da ayrı tavada fri qızardın.

Soğanı yarımhalqa, pomidoru fal-fal doğrayın. Əti qovurduğunuz tavadakı yağa töküb ikisini də qovurun. Şirəsini buraxanda soya sousu əlavə edin.

Pomidorla soğan bişdiyi müddətdə acı sousu hazırlayın: acı istiotu, təmizlənmiş sarımsağı və saplaqları artlanmış cəfərini xırda doğrayın, zirəylə qarışdırın.

Bu qarışığı pomidorla soğana əlavə edin. Passatanı (yaxud tomat pastasını) əlavə edib qarışdırın. 1/4 st. pivə əlavə edin.

Bir qədər bişəndən sonra qovurduğunuz ətlə fri kartofu əlavə edin. Səliqəylə qarışdırıb ocaqda daha 1-2 dəqiqə saxlayın.

Xörəyi boşqaba çəkin, üzərinə doğranmış cəfəri səpin, süfrəyə təzə, yaxud konservləşdirilmiş acı istiotla verin.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!