Madlen peçenyeləri resepti

Madlen peçenyeləri resepti
Yeməklər
10.09.2017 7
Tərkibi:

140 q şəkər tozu

3 yumurta

1 x.q. vanilli şəkər

100 q kərə yağı

150 q un

1 dolu x.q. nişasta

0,5 ç.q. qabartma tozu

1/4 ç.q. duz

şəkər pudrası (üstünə səpməyə)



Hazırlanması:

Kərə yağını əridib bir kənara qoyun. Yumurtaları şəkər tozu və vanillə yüngülcə çalın (köpükləndirmək lazım deyil). Ərinmiş yağı əlavə edib qarışdırın. Nişasta, duz və qabartma tozu ilə birlikdə ələnmiş unu əlavə edib xəmir yoğurun. Xəmiri yağlanmış formalara tökün (qablar silikondursa, yağlamaq lazım deyil), qabın 3/4-nə qədər doldurun. 200 dərəcə qızdırılmış sobaya qoyun, qızılı rəng alanadək, təxminən 10-12 dəqiqə bişirin. Hazır madlenləri soyudun, üzərinə şəkər pudrası səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!