Bolqar musakkası resepti

Bolqar musakkası resepti
Yeməklər
10.09.2017 19
Tərkibi:

3 ortaboy badımcan

3 kartof

2 bolqar bibəri

4 pomidor

2-3 diş sarımsaq

bitki yağı

50 q pendir

2 yumurta

duz



Hazırlanması:

Badımcanları yuyub saplağını kəsin, nazik fal-fal doğrayıb bitki yağında qızardın.

Kartofu suda qabıqlı bişirin. Təmizləyib fal-fal doğrayın.

Bolqar bibərini təmizləyin, halqa doğrayın. (Bibər seçəndə boyuna fikir verin, elə olsun ki, halqalar badımcanla kartof dilimlərindən iri olmasın).

Pomidorları da fal-fal doğrayın.

Dairəvi formaya ardıcıl sıx-çıx düzün: badımcan+kartof+pomidor+bibər. Xarici dairə dolanda daxilini də eyni ardıcıllıqla doldurun.

Duz vurun.

Sarımsağı doğrayıb səpin.

Azca bitki yağı gəzdirin (1 x.q. bəs edər).

Yumurtaları çalıb üzərinə tökün.

Sürtgəcdən keçirilmiş pendir səpin.

180-200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!