Pendir ruletləri ilə toyuq şorbası resepti

Pendir ruletləri ilə toyuq şorbası resepti
Yeməklər
10.09.2017 32
Tərkibi:

toyuq bulyonu

4 kartof

1 yerkökü

1 baş soğan

göyərti



Pendir ruletləri:

100 q əridilmiş pendir

1 yumurta

100-140 q un

duz



Hazırlanması:

Kartofu doğrayıb toyuq bulyonunda yarımhazır vəziyyətə gələnədək bişirin.  Soğanı əvvəlcədən bütöv halda qazana sala (şorba bişdikdən sonra çıxara), yaxud sonradan yerkökü ilə birlikdə qovurub əlavə edə bilərsiniz.

Yumurtanı duzla çalıb un əlavə edin, xəmir yoğurun. Alınan xəmiri yayın, üzərinə qalın lay ərinmiş pendir səpin (əvvəlcədən dondurucuda saxlayın ki, sürtgəcdən keçirmək rahat olsun).  Xəmiri rulet kimi büküb balaca dilimlərə doğrayın.

Bunları şorbaya əlavə edin, 10 dəqiqə vam odda bişirin.

Yerkökünü sürtgəcdən keçirin. Yağda qovurun, şorbaya əlavə edin. Hazır olandan 2-3 dəqiqə əvvəl xırda doğranmış göyərti əlavə edin.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!