Vişisuaz şorbası resepti

Vişisuaz şorbası resepti
Yeməklər
10.09.2017 14
Tərkibi:

kəvər - 500 qr.

kartof - 500 qr.

soğan - 1 baş

göy soğan - 50 qr.

toyuq bulyonu - 1 l

kərə yağı - 100 qr.

qaymaq - 200 ml

duz - zövqə görə

istiot - zövqə görə



Hazırlanması:

1. Dərin qazanda kərə yağını əridin, xırda-xırda doğranmış soğan əlavə edib yumşalana kimi qızardın.

2. Xırda-xırda doğranmış kəvər əlavə edin, kəvər yumşalana kimi qızardın. Sonra dördbucaq formada doğranmış kartof və bulyon tökün. Şorba qaynara düşdükdən sonra duz, istiot vurub, vam alovda yarım saat bişirin.

3. Hazır şorbanı püre halına düşənə kimi soyuq qaymaqla blenderdə çalın. Şorbanı daha da zərif etmək istəyirsinizsə aşsüzəndən keçirə bilərsiniz. Soyudub üzərinə xırda-xırda doğranmış göy soğan səpib süfrəyə verin.



Fransızlar adətən Vişisuaz şorbasını tərkibində sarımsaq, xırda-xırda doğranmış şüyüd, limon suyu və zeytun yağı olan  krevet salatı ilə verir.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!