Göbələkli yer alması şorbası resepti

Göbələkli yer alması şorbası resepti
Yeməklər
10.09.2017 7
Təbkibi:

400 qr. yer alması

150 qr. göbələk

1 orta boy soğan

2 yemək qaşığı un

1 ədəd toyuq bulyonu

1.5 çay stəkanı süd

Zeytun yağı, su və duz

Üzərinə səpmək üçün şüyüd

Dörddə bir limon suyu

 

Hazırlanması:

Soğanı iri-iri doğrayıb , zeytun yağında qızardın.

Göbələyi doğrayaraq limon suyuyla qarışdırın. Yer almasını soyub iri-iri doğrayın.

Göbələk və yer almasını soğana əlavə edin. 2 dəqiqə qədər qovurub üzərinə 2 yemək qaşığı unu səpin və qarışdırın.

Toyuq suyu və üzərinə çıxana qədər su əlavə edin. Duzunu atıb ağzını bağlayın.

Qaynamağa başladıqdan sonra yarım saat qədər, göbələk və yer alması yumşalana qədər bişirin. Blender'dan və ya robotdan hamar olana qədər keçirin. İçinə südünü qoyub bir daha qaynadın.



Üzərinə doğranmış şüyüd səpərək sərvıs edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!