Lavaşlı şiş kababı resepti

Lavaşlı şiş kababı resepti
Yeməklər
10.09.2017 8
Tərkibi:

2 ədəd hazır lavaş

250-300 qr qədər az yağlı qıyma

1 ədəd soğan

2 ədəd kartof

1 ədəd kiçik kök

Bir dəstə petruşka

2 yemək qaşığı galeta unu

duz, qara bibər



Pomidor sousu üçün:

2 ədəd pomidor

1 yemək qaşığı zeytun yağı

1 diş sarmısaq

Bir çay qaşığı kəklikotu



Hazırlanması:

Tərəvəzləri istər qıyma maşınından keçirin, istəsəniz rəndələyin. Çox sulandısa yüngülcə suyunu sıxın.

İçinə qıyməni, ədviyyatları, duzu, galeta ununu qoyub yoğurun. Lavaşın birini sərib, üzərini yüngülcə yağlayın.

Yarıya yaxın qisimini qatlayın. Uzun qisimə küftə vəsaitindən götürüb şiş-kabab qalınlığında yerləşdirin.

Kənar qisimləri içə doğru qatlayıb rulet şəklində bükün.

iki barmaq qalınlığında dilimler kəsib küftə qisimi yuxarı gələcək şəkildə çöp şişlərə keçirin.

Qalan küftə və digər lavaşı da eyni qayda ilə hazırlayın.

Yağlanılmış soba qabına düzün.. Bir fırça köməyiylə küftələrin üzərini yüngülcə yağlayın. 200 dərəcəlik sobada lavaşlar yüngül qızarana qədər bişirin.



2 ədəd pomidoru rəndələyin. Bir diş sarmısağı kiçik doğrayın. Çox az duru yağla birlikdə suyunu çox çəkdirmədən bişirin. Kəklikotu və duzunu atın.

Servis edərkən üzərinə pomidor sousunu tökün.

Diyetdə olanlar bu küftəni yağsız bişirib yalnız salat və qatıqlada yeyə bilərlər.







Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!