Ətli boxça resepti - FOTO RESEPT

Ətli boxça resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 2
Tərkibi:

Xəmiri üçün:


2 ədədyumurta

1 stəkan qatıq

250 qr otaq istiliyində kərə yağı

yarım çay (armudu) stəkanı duru yağ

1 paket qabartma tozu

1 paket instant maya və ya yarım paket yaş maya

1 yemək qaşığı toz şəkər

1 şirin qaşığı duz

500 qr un



İçlik üçün:

250 qr qıyma

2 ədəd soğan

yarım çay stəkanı qədər duru yağ

bir az pul biber

bir az qara bibər

və duz



Üzəri üçün

1 yumurtanın sarısı



Hazırlanması:

Böyük bir qaba kərə yağı, duru yağ, qabartma tozu, qatıq, yumurta, instant maya, şəkəri və duzu qoyub qarışdırın, unu yavaş yavaş əlavə edib qulaq məməsi yumşaqlığında bir xəmir yoğurun.

Xəmirinizi yaxşıca büküb 1 saat acıdın.

Bu vaxt içliyi hazırlayın. Soğanları kub şəklində doğrayıb duru yağda qızardın, üzərinə qıymanı əlavə edin, qıyma suynu çəkib qızarmağa başlayınca ədviyyatları və duzu əlavə edib yaxşıca qarışdırın və soyuması üçün altını söndürün..

Xəmirdən yumurta böyüklüyündə 16 hissə kəsək. Əlinizlə nəlbəki qədər açın, tam ortasına qıymalı içlikdən qoyub əlinizlə 4 bucaqlı olacak şəkildə yuxarıya doğru xəmiri yüngül basdıraraq bağlayın, 4 kənarını bucaqlı olacaq şəkildə əlinizlə yaxşıca düzəldin



Boxçanın 4 kənarını ortaya doğru ( amma ortasını xəmirdən ayırmadan ) qayçıyla kəsin.

Kəsdiyiniz xəmirin parçalarını boxçanın üzərinə bant şəklində bağlayıb uclarını yüngülcə ortaya doğru basdırın.

Boxçaları soba kağızı sərilmiş və ya yağlanılmış soba nimçəsinə aralı olaraq düzüb 20 dəqiqə dinləndirin. Üzərinə yumurtanın sarısını sürün,

Əvvəldən isidilmiş 190 dərəcə sobada bişirin.









Nuş olsun!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!