Ətli qarnıyarıq bulka resepti - FOTO RESEPT

Ətli qarnıyarıq bulka resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 24
Tərkibi:

2 stəkan ilıq süd

1 ədəd yumurta ( ağı icinə sarısı üzərinə sürüləcək)

1 paket yaş maya və ya 1 instant maya

1 şirin qaşığı duz

2 və ya 3 şirin qaşığı toz şəkər

1 çay (armudu) stəkanı duru yağ

1 çay stəkanı əridilmiş ilıq kərə yağı və ya marqarin

Və ala bildiyi qədər un



içlik üçün:

400 qr qıyma

4 ədəd orta boy sogan

yarım stəkan duru yag

1 şirin qaşığı tomat

yarım dəstə cəfəri

bir az pul bibər

bir az qara bibər

və duz



üzəri üçün istəyə görğ susam və ya çörək otu



Hazırlanması:

Böyük bir qaba süd, yumurtanın ağını, duru yağı, kərə yağınə, toz şəkər, duz və mayanı qoyub, hamısını yaxşıca qarışdırıb unu yavaş yavaş əlavə edin. Qulaq məməsi yumşaqlığında yumşaq bir xəmir yoğurun, istəsəniz yoğurma əməliyyatını dəzgahın üstündə də edə bilərsiniz, xəmirinizi yaxşıca yoğurub qaba qoyun, üzərini streç folyoyla bağlayın və üzərini isti tutacaq bir şeylə büküb acımağa qoyun.



İçlik üçün soğanı soyub yuyun,kubşəklində doğrayıb duru yağda saralana qədər qovurun, sonra qıymanı əlavə edib qarışdırın. Qıyma suyunu çəkib qovrulmağa başlayınca duzu, ədviyyatları və tomatı əlavə edib bir az qovurun. Ən son incə qıyılmış cəfərini əlavə edib ocaqdan götürün və soyumasını gözləyin.



Xəmiriniz yaxşıca qabarıb acıdıqdan sonra yumurtadan bir az kiçik hissələrə bölün, kündələrin özünü tutması üçün daha 5 dəqiqə gözləyin. Əlinizlə nəlbəkindən bir az böyük olan dairələr yayın, şəkildə göründüyü kimi kənar qisminin hər iki tərəfini bir az icdən yarım barmaq uzunluğunda kəsin, iclikdən bir dolu yümək qaşığı qədər qoyun və kəsdiyiniz kənarları ic icə keçirərək şəkil verin.



Yağlanılmış və ya yağli kağız sərilmiş soba qabına aralı olaraq yerləştirin, daha 45 dəqiqə gözləyin. Yumurtanın sarısını yumuşaq bir firçayla üzərinə şəkin, istəyə görə susam və ya çörək otu səpin və əvvəldən isidilmis 180 dərəcə sobada bişirin.

 







Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!