Asan rulet mantı resepti - FOTO RESEPT

Asan rulet mantı resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 27
Tərkibi:

Xəmir üçün:


3 stəkan un

1 ədəd yumurta

2 çay qaşı duz

yarım stəkan su



İçlik üçün:

150 qr qıyma

1 çay qaşığı duz

1 ədəd quru soğan

Yarım çay qaşığı kəklikotu

birçimdik qara istiot

birçimdik pulbiber



Sousu üçün:

1 şorba qaşığı kərə yağı

Toz pulbiber

Və pulbiber



Hazırlanması:

Unu bir  qaba alın, üzərinə yumurtanı, duzu əlavə edib suyu az az əlavə edərək qulaq məməsi yumuşaqlığından bir az  daha sərt olacaq bir xəmir yoğurun.

Xəmiri dəzgahın üzərinə qoyub 5 dəqiqə daha yoğurun və 15-20 dəqiqə üzərinə təmiz bir bez örtüb özünü tutması üçün gözləyin.

İçlik üçün qıymanın üzərinə rəndələnilmiş soğanı, ədviyyatları və duzunu əlavə əlavə edib yaxşıca qarışdırın.



Xəmirinizi unlayaraq oxlov ilə böyük bir yuxa yayın. Üzərinə incə lentlər halında qıymanı uzunlamasına aralı aralı  şəkildəki kimi yerləşdirin. İti bir bıçaqla 5 və ya 7 santimetr enində kəsin. Kəsdiyiniz yuxanı qıymanın üzərinə bağlayıb rulet kimi bükün. Etdiyiniz ruletlərı unlayaraq iti bir bıçaqla kəsin.



Bir qazana su qoyub qaynadın, içinə bir az duz əlavə edin və qaynayan suda rulo mantımızı bişirin. Suyunu süzüb



üzərinə qatıq, qatığın üzərinə kərə yağı, bir az pulbiber və toz bibər gəzdib servis edin









Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!