Sobada toyuq budu dolması resepti - FOTO RESEPT

Sobada toyuq budu dolması resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 12
Tərkibi:

7 ədəd toyuq budu (bütün)

1,5 stəkan düyü

Yarım çay stəkanı (armudu) duru yağ

2 şorba qaşığı kişmiş ( istəyə görə )

bir az duz

Bir az qara bibər

Yarım dəstə petruşka



Sousu üçün:

2 şorba qaşığı duru yağ

2 dis sarımsaq

1 şorba qaşığı qatıq

1 çay qaşığı pul bibər

1 çay qaşığı qara bibər

1 şirin qaşığı kəklikotu

və duz



Hazırlanması:

Kişmişi yuyun və 20 dəqiqə isti suda gözlədin.

Düyünü yuyun,duru yağda bir az qovurun, qaynar suyu əlavə edin, alçaq atəşdə bişirin

Plov suyunu çəkincə kişmişləri əlavə edib yaxşıca qarışdırın, qazanın qapağını bağlayıb bir az dəmləndirin və kiçik kiçik kəsilmiş petruşkanı əlavə edib, toyuq budlarını hazırlayın

Toyuq budlarını gözəlcə yuyun, üstündəki dərini qaldırmayın , iti bir bıçaqla budun kənarında içini acmağa başlayın, bud qisimindən yuxarısına doğru barmaqlarınızla budun iç qisimini cib kimi edin və əgər bu işi qəssabınız etsə sizin üçün böyük asanlıq olar



Budların sousu üçün sarımsağı rəndələyin, qatıq, ,pul biber, qara bibər, kəklikotu və duzu yaxşıca qarıstırın

İç qisimini açdığınız budların içinə plovu doldurun və açıq qisimini diş çöpü ilə bağlayıb hazırlamış olduğunuz sousa bulayın. Diş çöpləri altına gələcək şəkildə soba paketinə yerləşdirib paketin ağzini yüngül açıq qalacaq səkildə bağlayın ( və ya bir soba nimçəsinə qoyub üzərinə sousunu töküb hər tərəfinə tökün və nimçənin üstünü aluminium folqa ilə bağlayın ) və 200 dərəcə sobada budlar qızarana qədər bisirib servis edə bilərsiniz

 







Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!