Çöpdə kartoflu kotlet resepti

Çöpdə kartoflu kotlet resepti
Yeməklər
10.09.2017 8
Tərkibi:

5 orta boy kartof

500 qr. az yağlı qiymə

1 ədəd orta boy soğan

yarım çay qaşığı istiot

parçalanmış yarım çörək içi

pulbibər, duz, kimyon

2 ədəd pomidor

2 ədəd uzun bibər

2-3 yemək qaşığı ərinmiş yağ

8-9 ədət çöp şiş.



Hazırlanması:

Qiyməni, rəndələnmiş soğanı, kəklik otu xaric ədviyyatları çörək və duzu qarışdırıb yoğururuq. Əlimizdə qozdan bir az böyük olacaq şəkildə yumru və yüngül yastı küftələr hazırlayırıq. Kotletimizi hazırladıqdan sonra kartofları çox qalın olmadan(yarım santimetr qədər) yarım ay şəklində doğrayırıq.



Pomidorları və bibəridə dilimləyib hazırlayırıq. Daha sonra çöplərə sırayla kartof, küftə, pomidor və bibəri bütün vəsaitlər bitənə qədər keçiririk. Soba nimçəsinə hazırladığımız çöpləri düzüb üzərinə maye yağ gəzdiririk. Bir az duz və kəklik otu səpib əvvəlcədən qızdırılmış 200 dərəcə sobada küftə və kartoflar qızarana qədər bişirirk. Bişməyə yaxın sobanı 150 dərəcəyə salırıq.



Ləzzətli küftələrimiz xidmətə hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!