Orman kababı resepti - FOTO RESEPT

Orman kababı resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 19
Tərkibi:

3 ədəd badımcan

7 ədəd orta boy kartof

10 ədəd sivri bibər

500 qr quzu əti

tərəvəzləri qızartmaq üçün duru yağ



sousu üçün:

yarım stəkan duru yağ

2 ədəd quru soğan

bir diş sarımsaq

3 ədəd pomidor

1 şorba qarşı pomidor sousu

yarım şorba qaşığı bibər sousu

1,5  stəkan isti su

yarım çay qaşığı qara bibər

1 çay qaşığı pul bibər



 1 çay qaşığı kəklik

və duz



Hazırlanması:

Badımcanları alacalı soyub kub şəklində doğrayın və duzlu suda gözlədin. Suyunu süzün, qızğın yağda qızardın  və qaba düzün. Kartofları da eyni şəkildə soyub yuyun, kub şəklində  doğrayın, qızğın yağda bir az qızardın  və badımcanların üzərinə düzün.



Quzu ətini yuyun, onları da kub şəklində doğrayın və  qazana yığın. Üzərinə çox az su əlavə edib ət yumşalıb suyunu çəkənə qədər qaynadın, qızarmağa başlayınca kartofların üzərinə əlavə edin.



Bibərləri də eyni şəkildə qızardıb ətin üstünə əlavə edin.



Sousu üçün duru yağı böyük bir tavaya alın, əvvəl soğanları  kub şəklində kəsib duru yağa əlavə edin, soğanlar çəhrayılaşana  qədər qızardın, üzərinə kub şəklində kəsdiyiniz pomidor və sarımsağı əlavə edin, pomidorlar suyunu çəkib qızarmağa başlayınca sousun ədviyyatları və duzunu əlavə edib yaxşıca qarışdırın və suyunu əlavə edib bir burum qaynadıb bibərlərin üzərinə tökün, 200 dərəcə sobada bir az bişirin



İncə dilimlənmiş və ya rəndələnilmiş holland pendirini Meşə Kababının üzərinə səpib təkrar sobaya verib,  pendirin üstü qızarana qədər qızardıb sobanı söndürün və 15 dəqiqə qədər dinləndirib servis edin.









Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!