Portağallı toyuq resepti

Portağallı toyuq resepti
Yeməklər
10.09.2017 7
Tərkibi:

6 toyuq budu

1 stəkan portağal suyu

3 ədəd portağal

2 limon

1 çay qaşığı xardal tozu

3 yemək qaşığı bal

1 yemək qaşığı kərəyağı

2 yemək qaşığı duru yağ

2 xörək qaşığı limon suyu

3 xörək qaşığı düyü nişastası

Yarım stəkan su

Duz



Hazırlanması:

2 portağal və limonun qabıqlarını rəndələyin. Qalan portağal və limonun qabıqlarını soyub kibrit çöpü qalınlığında doğrayın. Bir qazanda suyu qaynadın. Kibrit çöpü halında olan qabıqları qaynayan suya atın. 5 dəqiqə bişirib suyunu süzün. Suyunu süzüb quru halda bir kənara qoyun. 1 yemək qaşığı bal, portağal və limon qabıqıları rəndəsini, xardal tozunu və duzu qarışdırın. Toyuq budlarının üzərinə bu qarışımı çəkin. Soyuducuda 30 dəqiqə saxlayın. Geniş qapaqlı tavanı kərəyağı ilə yağlayın. Saxladığınız toyuqları tavaya düzün. Toyuqları saxladığınız qabın dibindəki qarışımı iki xörək qaşığı duru yağ, portağal və limon suyu ilə qarışdıraraq ətlərin üzərinə tökün. Toyuqların hər tərəfini bişirin. Bişərkən tavadakı sousu toyuqların üzərində gəzdirin. Toyuqları bir qaba, tavadakı sousu bir başqa qaba əlavə edin.  Düyü nişastasını su ilə çalın. Boşqabdakı sousun üzərinə tez-tez qarışdıraraq yavaş-yavaş əlavə edin. Vam odda 2-3 dəqiqə bişirin. Bir tavaya qalan balı qoyub əridin. Kibrit çöpü limon və portağal qabıqlarını içinə atıb  qəhvəyi rəngə gələnə kimi qarışdırın. Əvvəlcə isti sousu toyuq budlarının üzərində gəzdirin, sonra portağal və limon qabıqlarını üzərinə əlavə edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!