Zeytunlu, soğanlı plov resepti

Zeytunlu, soğanlı plov resepti
Yeməklər
10.09.2017 10
Tərkibi:

2 stəkan düyü

2 baş quru soğan

1 stəkan dənəsiz qara zeytun

5 ədəd yaşıl soğan yarpağı

1 yemək qaşığı kərə yağı

1 yemək qaşığı təmizlənmiş şam fıstığı

Duz

İstiot

Quru nanə



Hazırlanması:

Quru soğanı incə doğrayın. Kərə yağını qızdırıb soğanları qovurun. Düyünü soğana əlavə edib qovurmağa davam edin. Fıstıqları da atıb 2-3 dəqiqə daha qovurun. Üzərinə çıxacaq qədər su əlavə edin. Duzunu əlavə edin. Qazanın qapağını bağlayıb, düyü suyu çəkənə qədər bişirin. Sonra dəmləyin. Yaşıl soğanı incə doğrayın. Zeytunlarla qarışdırın. Plovun içinə əlavə edib qarışdırın. İstiot əlavə edib süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!