Kələmli dovğa resepti

Kələmli dovğa resepti
Yeməklər
10.09.2017 47
Tərkibi:

Qatıq-800 q

xama-200 q

yumurta-1 əd

un-1 x.q

düyü 2 x.q

göy soğan-1 dəstə

keşniş-1 dəstə

kərəviz-1 dəstə

kələm-400 q

duz, istiot.

 

Hazırlanması:

Kələmin zərif yarpaqlarının uc hissələri saman şəklində nazik doğranır və dovğa üçün hazırlanmış göyərtiyə qatılır və dovğa qaynadıqdan sonra göyərti ilə birlikdə qazana tökülür. 15-20 dəq bişirilir. Bişirilmə prosesi adi dovğada olduğu kimidir. Hazır olana yaxın duz vurulur. Dovğa noxudla hazırlandıqda 100 q noxud axşamdan isladılıb ayrıca bişirilməli və hazır xörəyə qatılmalıdır.



Dovğa süfrəyə soyuq və ya isti halda verilir. Dovğa yeyiləndə kələmin diş altında xırçıldaması onu daha xoşagələn və dadlı edir



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!