Lobyalı əriştə resepti

Lobyalı əriştə resepti
Yeməklər
10.09.2017 26
Tərkibi:

Qoyun əti-500q,

buğda unu-240 q,

lobya-120 q,

yumurta-1 əd,

quru nanə-12 q,

baş soğan-100 q,

sirkə-60 q,

duz, istiot.

 

Hazırlanması:

Qoyun əti sümüklərindən bulyon bişirilir və süzülür. Ətin yumşaq hissəsi baş soğanla ət maşınının xırda gözündən keçirilir. Ət qiyməsinə duz, istiot vurulub, yaxşı qarışdırılır. Ondan xırda küftəciklər hazırlanır. Axşamdan isladılmış xırda bostan lobyası ayrıca bişirilib, əlavə edilir. Küftəciklər salınıb qaynadılır. Sonra bərk xəmirdən yayılmış yuxadan xırda əriştələr kəsilib, küftəciklər üzərinə əlavə edilib bişirilir. Süfrəyə verilərkən xörəyin üstünə quru nanə səpilir və ayrıca qabda sirkə qoyulur.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!